Off-grid sistem, elektrik şəbəkəsinə bağlı olmadan, tamamilə müstəqil şəkildə elektrik enerjisi istehsal edən və depolayan sistemdir. Bu sistemlər, adətən, elektrik xətlərinin olmadığı və ya çəkilməsinin çətin olduğu uzaq və ya kənd yerlərində istifadə olunur. Off-grid sistemlər, günəş panelləri, külək türbinləri və ya digər alternativ enerji mənbələrindən istifadə edərək elektrik enerjisi istehsal edir və akkumulyatorlarda (batareyalarda) depolayır.
Şəbəkədən müstəqillik, Enerji maliyyətini azaltmaq, Təmiz və yenilənə bilən enerji mənbəyi istifadə etmək, Uzaq yerlərdə elektrik təchizatı imkanı.
İstər ev, istər sənaye üçün – sizə ən uyğun enerji sistemini təklif edirik. Müraciət edin, peşəkar komandamız sizin üçün düzgün həll yollarını hazırlasın.
Sizə uyğun enerji layihələri, texniki dəstək və əməkdaşlıq imkanları üçün bizimlə birbaşa əlaqə saxlayın. DAM ENERJİ komandası sizi dinləməyə və dəstək verməyə hər zaman hazırdır.
DAM ENERJİ olaraq hər bir layihəni ardıcıl və peşəkar yanaşma ilə həyata keçiririk. Gördüyümüz işin hər mərhələsi şəffaflıq, keyfiyyət və dəqiqlik üzərində qurulub. Gəlin, bu yolu birlikdə keçək!
Bizimlə ilkin əlaqə quraraq layihəniz üçün görüş təyin edin. Komandamız ehtiyaclarınızı dinləyəcək və sizə uyğun enerji həllərini planlamağa başlayacaq.
Sizə uyğun texniki həlləri təqdim edirik. Əraziyə və tələblərə əsasən ən optimal enerji sistemini planlaşdırırıq, detallı layihə sənədləri hazırlanır.
Peşəkar komandamız tərəfindən günəş panelləri, külək turbinləri və digər avadanlıqlar tam təhlükəsizlik və dəqiqliklə quraşdırılır.
Sistemlərin testləri aparılır, avtomatika inteqrasiya olunur və layihə istifadəyə tam hazır şəkildə təhvil verilir. İşin sonunda zəmanət sənədləri təqdim olunur.
DAM ENERJİ olaraq günəş, külək və yüksək gərginlik sistemlərində yüzlərlə layihəni uğurla tamamlamışıq. Hədəfimiz – sabahın enerjisini bu gündən təmin etməkdir.
DAM ENERJİ – Alternativ və elektrik enerjisi sahəsində peşəkar və etibarlı həllər təklif edirik.