On grid sistem, günəş panelləri vasitəsilə elektrik enerjisi istehsal edən və bu enerjini birbaşa elektrik şəbəkəsinə (Azərişıqa) qoşulmuş şəkildə istifadə edən bir sistemdir. Bu sistemlərdə, istehsal olunan artıq elektrik enerjisi şəbəkəyə geri satıla bilir, ehtiyac duyulduqda isə şəbəkədən elektrik enerjisi alınır.
On grid sistemlər, elektrik şəbəkəsinə bağlı olaraq çalışır və elektrik enerjisi istehsal edir.
İstehsal olunan artıq elektrik enerjisi, yerli elektrik şirkətinə satıla bilir.
Bu sistemlər, enerjini depolamaq üçün batareya istifadə etmir.
Şəbəkəyə bağlı olduğu üçün, günəş enerjisinin kifayət etmədiyi hallarda elektrik təchizatı davamlı olur.
İstehsal olunan enerji, ev təsərrüfatının və ya müəssisənin enerji tələbatını qarşılayır, artıq enerji şəbəkəyə geri verilir, əskik enerji isə şəbəkədən alınır.
On grid sistemlər, günəş enerjisindən istifadə edərək enerji xərclərini azaltmağa və ətraf mühitə daha az təsir göstərməyə kömək edir.
Günəş enerjisi sayəsində elektrik enerjisi xərcləri əhəmiyyətli dərəcədə azala bilər.
İstehsal olunan artıq enerji, elektrik şirkətinə satılaraq gəlir əldə edilə bilər.
Günəş enerjisi sistemi, enerji təchizatına daha az asılı olmağa kömək edir.
Fosil yanacaqların istifadəsini azaldaraq ətraf mühitin qorunmasına töhfə verir.
Günəş paneli sistemləri, evlərin və ya iş yerlərinin dəyərini artıra bilər.
İstər ev, istər sənaye üçün – sizə ən uyğun enerji sistemini təklif edirik. Müraciət edin, peşəkar komandamız sizin üçün düzgün həll yollarını hazırlasın.
Sizə uyğun enerji layihələri, texniki dəstək və əməkdaşlıq imkanları üçün bizimlə birbaşa əlaqə saxlayın. DAM ENERJİ komandası sizi dinləməyə və dəstək verməyə hər zaman hazırdır.
DAM ENERJİ olaraq hər bir layihəni ardıcıl və peşəkar yanaşma ilə həyata keçiririk. Gördüyümüz işin hər mərhələsi şəffaflıq, keyfiyyət və dəqiqlik üzərində qurulub. Gəlin, bu yolu birlikdə keçək!
Bizimlə ilkin əlaqə quraraq layihəniz üçün görüş təyin edin. Komandamız ehtiyaclarınızı dinləyəcək və sizə uyğun enerji həllərini planlamağa başlayacaq.
Sizə uyğun texniki həlləri təqdim edirik. Əraziyə və tələblərə əsasən ən optimal enerji sistemini planlaşdırırıq, detallı layihə sənədləri hazırlanır.
Peşəkar komandamız tərəfindən günəş panelləri, külək turbinləri və digər avadanlıqlar tam təhlükəsizlik və dəqiqliklə quraşdırılır.
Sistemlərin testləri aparılır, avtomatika inteqrasiya olunur və layihə istifadəyə tam hazır şəkildə təhvil verilir. İşin sonunda zəmanət sənədləri təqdim olunur.
DAM ENERJİ olaraq günəş, külək və yüksək gərginlik sistemlərində yüzlərlə layihəni uğurla tamamlamışıq. Hədəfimiz – sabahın enerjisini bu gündən təmin etməkdir.
DAM ENERJİ – Alternativ və elektrik enerjisi sahəsində peşəkar və etibarlı həllər təklif edirik.